"Bu gün danışıqlar olmadığına görə Rusiya qüvvələrinin plan üzrə əməliyyatları bərpa edilib".
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
Kremil sözcüsü Ukraynanın danışıqlardan imtina etdiyini deyib:
“Danışıqlar ərəfəsində Vladimir Putin dünən hərbi əməliyyatın dayandırılması barədə göstəriş vermişdi. Ukrayna tərəfi danışıqlardan imtina etdiyi üçün Rusiyanın hərbi əməliyyat planı bərpa olundu. Bu gün günortadan sonra əsas qüvvələrin irəliləməsi davam edir".
Bizim.Media