"Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) işğal zamanı indiyədək öldürülən minlərlə rusiyalının cəsədini Rusiyaya təhvil verməlidir".
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın baş nazirinin müavini İrina Vereşçuk bildirib.
Vereşçuk BQXK-ya müraciət edərək “Bunlar minlərlə işğalçı cəsədidir. Bu, humanitar ehtiyacdır. İşğalçıların cəsədlərinin ərazimizdən çıxarılıb Rusiya Federasiyasına göndərilməsini xahiş edirik. Bu humanitar problemi həll etmək üçün lazım olanı edin” – deyə qeyd edib.
Bizim.Media