Qırğızıstan prezidenti Sadır Caparov Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı Rusiya Federasiyasının Donbassın müdafiəsi üzrə hərəkətlərini dəstəkləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Sadır Caparov Kiyevin Minsk razılaşmalarının uğursuzluğuna görə məsuliyyət daşıdığını qeyd edərək, Rusiyanın qətiyyətli addımı dəstəklədiyini bildirib. Vladimir Putin Qırğızıstan prezidentinə prinsipial həmrəylik mövqeyinə görə təşəkkür edib”, - deyə məlumatda bildirilir.
Bizim.Media