Ukrayna prezidentinin ofisinin ştatdankənar müşaviri, hərbi analitik Aleksey Aretoviç iki rus təyyarəsinin vurulduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə o, Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, Xarkovun şimalında döyüşlər gedir.
Ukrayna ordusu “Javelin” tank əleyhinə raket komplekslərindən fəal şəkildə istifadə edir.
Hərbi analitikin fikrincə, Rusiya “Ukraynanı tez bir zamanda ələ keçirə” bilməyəcək.
Bizim.Media