Finlandiya Ukraynanın paytaxtı Kiyevdəki səfirliyini müvəqqəti olaraq Lvova köçürüb.
Bizim.Media xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi rəsmi açıqlama yayıb.
"Çərşənbə axşamı, fevralın 22-də Ukraynadakı vəziyyətin ümumi qiymətləndirilməsi əsasında Xarici İşlər Nazirliyi əməkdaşlarını müvəqqəti olaraq Kiyevdən Lvova köçürmək qərarına gəlib", - deyə XİN-in açıqlamasında deyilir.
Bizim.Media