Türkiyənin Ədliyyə Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətlilərindən Ankaranın daha əvvəl beynəlxalq axtarışa verdiyi kriminal avtoritet Sedat Pekerin ekstradisiyasını tələb edib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Ədliyyə Nazirliyi BƏƏ-yə göndərdiyi məktubda Əmirlikdə yaşayan Sedat Pekerin ekstradisiyasını istəyib.
Sedat Peker məşhur türk mafiozudur. Bir neçə ay əvvəl o, Türkiyədən qaçıb və BƏƏ-dən yaydığı video mesajları ilə yadda qalıb.
Bundan əvvəl Bursa və Anadolu Ağır Cəza Məhkəməsi onun həbsi üçün qərar çıxarmışdı. Daha sonra o, beynəlxalq axtarışa verilib.
Bizim.Media