Türkiyə Xarici İşlər Nazirliyi Krım tatarlarının və çərkəzlərin sürgün edilməsinin ildönümü ilə bağlı bəyanat yayıb.
Bizim.Media xəbər verir ki, Türkiyə xarici siyasət idarəsinin bəyanatında 18 may 1944-cü ildə yüz minlərlə Krım tatarının öz tarixi vətənindən məcburi şəkildə sürgün edildiyi qeyd olunub.
Onların bir çoxu yolda və ya düşərgələrdə həlak olub, sağ qalanlar isə uzun illər Krıma qayıda bilməyiblər.
Ankara vurğulayıb ki, Krımın Rusiya tərəfindən "qanunsuz ilhaqından" sonra Krım tatar xalqının əzabları daha da artıb. Türkiyə həmçinin Krım tatarlarının milli kimliyinin, dilinin və mədəniyyətinin qorunub saxlanmasını bundan sonra da dəstəkləmək niyyətində olduğunu bəyan edib.
Bundan əlavə, bəyanatda çərkəzlərin Qafqazdan sürgün edilməsinin 162-ci ildönümü də xatırlanıb. Türkiyə XİN bu hadisələri XIX əsrin ən böyük humanitar faciələrindən biri adlandırıb və həlak olanların xatirəsini ehtiramla yad edib.
Bizim.Media