Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya qarşı sanksiyaların tətbiq edilməli olduğunu bildirərək “Şimal Axını-2” layihəsinə işarə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Zelenski danışıb.
“Şimal Axını-2” layihəsi tamamilə dayandırılmalıdır. Ukrayna Xarici İşlər Nazirliyindən Rusiya ilə diplomatik əlaqələrin kəsilməsi ilə bağlı tələb almışam”.
Danışığında dünyaya çağırış edən Zelenski:
“Bizə təcili yardım lazımdır. Bizim NATO-da olub-olmamağımızın fərqi yoxdur, silahlanma və hərbi məsələlərdə bizə kömək etməlisiniz, çünki bizim əsgərlərimiz sabah sizin üçün də vuruşacaq”.
Mia Quliyeva, Bizim.Media