“Rusiyanın hərəkətlərinə baxmayaraq Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri eyni qalacaq”.
Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Prezident Volodimir Zelenski xalqa müraciətində deyib.
MÖVZU İLƏ BAĞLI:
Putin təcili iclas keçirir - HANSI QƏRAR VERİLƏCƏK? - VİDEO
“Özlərinin müstəqilliyini elan edən “respublikalar”ın tanınması Rusiya Federasiyasının Minsk sazişindən çıxması deməkdir”, - Zelenski vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Ukrayna "Normand dördlüyü"nün Fövqəladə Zirvə Toplantısı təşəbbüsü ilə çıxış edib.
Rəsmi Kiyev ATƏT-in Xüsusi Monitorinq Missiyasının tam formatda fəaliyyətində təkid edir.Onun sözlərinə görə, Kiyev siyasi-diplomatik nizamlanmaya sadiqdir və təxribatlara tabe olmayacaq.
Zelenski əlavə edib ki, Ukrayna heç kimə heç nə verməyəcək.
Bizim.Media