SpaceX və Tesla-nın baş direktoru Elon Mask fevralın 17-də bir qadınla şəxsi təyyarəsindən enərkən görüntülənib.
Bizim.Media “İndependent” nəşrinə istinadən xəbər verir ki, sözügedən qadının avstraliyalı aktrisa Nataşa Bassettdir.
Cütlüyün birlikdə səyahət etdikdən sonra Los-Ancelesə endiyi bildirilib.
Elon Maska yaxın olan bir nəfərin dediyinə görə, onlar bir neçə aydır birlikdədirlər.
Qeyd edək ki, avstraliyalı aktrisa və rejissor Nataşa Bassett (27 yaş) Baz Luhrmannın çəkdiyi bioqrafik “Elvis” filmindəki rolu ilə gündəmə gəlib.
Bizim.Media
