İngiltərədə qadınların gözləmədiyi halda xoşagəlməz şəkillərini çəkən manyak polis tərəfindən saxlanılaraq cəzalandırılıb. ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri İngiltərənin "Mirror" qəzeti yayıb.
İngiltərənin Mançester və Salford şəhərlərində super-marketlərdə və digər əhalinin sıx olduğu yerlərdə Li Klerk adlı vətəndaşın qısa ətək geyinmiş qadınların şəkillərini çəkməkdən zövq aldığı məlum olub.
32 yaşlı Klerkin bu əməli sonuncu dəfə Mançestrin “Arndale” ticərat mərkəzində eskalatorla qalxarkən önündəki qadını ətəyinin altından çəkərkən qadının bunu hiss etməsi nəticəsində üzə çıxıb. Qadın dərhal səs-küy salıb və eskalatorun yuxarısında dayanmış polislər Klerki yaxalayıblar.
Araşdırmalar nəticəsində məlum olub ki, Klerk bundan əvvəl də dəfələrlə eyni yerdə müxtəlif qadınlara qarşı həmin hərəkəti edib. Lakin heç biri bundan xəbərdar olmayıb, ya da biabır olmaqdan utandıqları üçün səslərini çıxarmayıblar.
Klerk polislərə izahatında hərəkətinin cinsi təcavüz xarakteri daşımadığını, sadəcə qadınlara baxmağı sevdiyini və etdiyinin insanlara heç bir zərər vermədiyini söyləyib.
Qeyd edək ki, vəkili onun bir müddət əvvəl işdən çıxarıldığını, bundan sonra içki içərək küçələrə düşdüyünü bildirib. Məhkəməsi keçirilən Klerikin barəsində 120 saat maaşsız ictimai işə cəlb etmə qərarı verilib.