Özünü “DXR” adlandıran “Dövlət Təhlükəsizlik Nazirliyi” iddia edir ki, fevralın 19-da Donetskdəki psevdodepartamentin “xüsusi qüvvələri” Ukraynanın “təxribatçı-terrorçu qruplaşması”nı saxlayıb.
Bizim.Media “MQB DXR” saytına istinadən xəbər verir ki, “Ukraynalı diversantlar”ın “respublika” ərazisində filtrasiya stansiyalarını, qaz kəmərlərini və elektrik yarımstansiyalarını partlatmağı planlaşdırdığı iddia edilir. “Dövlət Təhlükəsizlik Nazirliyi” iddia edir ki, saxlanılma zamanı “diversiyaçılar” cavab atəşi açıb, “xüsusi təyinatlılar” isə yaralanıb.
Bizim.Media