Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə gərginliyi iki ölkə üçün faciə adlandırıb.
Bizim.Media xəbər verir ki, CNN-ə müsahibəsində o xatırladıb ki, ruslar və ukraynalılar əvvəllər yaxşı münasibətlərdə olublar.
Amerika telekanalı onun sözlərindən sitat gətirib: “Bu, Ukrayna ilə yaxşı münasibətləri olan ruslar üçün faciədir”.
Zelenski, əlavə olaraq, Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyini açıqlayıb:
“Müharibə başlasa, nə baş verəcəyini bilsinlər”.
Bizim.Media