İslam Respublikası nüvə ambisiyalarından əl çəkməsə, İranla heç bir razılaşma olmayacaq.
Bizim.media RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərlə planlaşdırılmamış görüşdə ABŞ prezidenti Donald Tramp deyib.
O, Pakistanın İslamabad şəhərində danışıqların pozulmasının əsas səbəbinin İranın nüvə silahları məsələsi olduğunu vurğulayıb.
"Düşünürəm ki, onlar buna razı olacaqlar. Əslində, mən buna əminəm. Əgər onlar razılaşmasalar, heç bir razılaşma olmayacaq", - deyə Ağ Ev rəhbəri bildirib.
12 apreldə Tramp bildirib ki, Pakistandakı danışıqlar zamanı İran nüvə ambisiyalarından əl çəkməkdən imtina edib.
Bizim.Media