ABŞ-ın İrandan sonrakı hədəfi Kuba olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
“İranla işimizi bitirdikdən sonra Kubaya da baş çəkə bilərik”, - deyə Tramp bildirib.
Xatırladaq ki, aprelin 8-də ABŞ və İran arasında 2 həftəlik atəşkəs əldə olunub. Tərəflər arasında ilk görüş aprelin 11-də İslamabadda keçirilsə də, bu müzakirələrdən hər hansı yekun nəticə hasil olmayıb.
Bizim.Media