"Müctəba Xamenei ölkədəki vəziyyəti nəzarətdə saxlayır və atəşkəs qərarını şəxsən özü verib".
Bizim.Media xəbər verir ki, bunu İranın ali rəhbərinin Hindistandakı nümayəndəsi Əbdülməcid Həkim İlahi TASS-a açıqlamasında bildirib.
"O, özünü çox yaxşı hiss edir, hər şey onun nəzarəti altındadır. O, ofisinə gəlir, rəsmiləri, prezidenti, parlament nümayəndəsini qəbul edir və onlar görüşlər keçirirlər. Atəşkəs qərarını o verib", - İlahi əlavə edib.
Xatırladaq ki, aprelin 8-də ABŞ və İran arasında iki həftəlik atəşkəslə bağlı razılaşma əldə olunub.
İki ölkənin nümayəndələri arasında Pakistanın paytaxtı İslamabad şəhərində görüşün keçiriləcəyi gözlənilir.
Bizim.Media