İranın Azərbaycandakı səfirliyinin rəsmi tviter səhifəsi İsrail səfirinin tvitini bəyənib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik tviterdə paylaşım edib.
“Tvitimi bəyəndiyinə görə İran səfirliyinə təşəkkür edirəm. İranın tviterdəki qadağasını tezliklə aradan qaldıracağına ümid edirik ki, iranlı həmkarlarımız da bizim tvitlərimizdən həzz ala bilsinlər!”, - deyə səfir yazıb.
Qeyd edək ki, C.Dikin bu barədə tvitindən sonra İran səfirliyi "layk"ı geri çəkib.
Bizim.Media
