Vens: “İran Hörmüz boğazını açmasa, ABŞ atəşkəs rejiminə riayət etməyəcək”

Əgər Tehran Hörmüz boğazını açmasa, Vaşinqton atəşkəs şərtlərinə əməl etmək niyyətində deyil.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens Budapeştdən yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

"Biz hesab edirik ki, boğazın açılmasına dair əlamətlər var. ABŞ Prezidenti Donald Tramp aydın şəkildə bildirdi ki, biz atəşkəs və danışıqlar barədə razılığa gəlmişik. Biz buna hazırıq, onlar isə, öz növbəsində, boğazı açmalıdırlar. Əgər bu baş verməsə, əgər İran razılaşmanın özünə aid hissəsinə əməl etməsə, prezident də razılaşmanın özünə aid hissəsinə əməl etməyəcək", - o bildirib və qeyd edib ki, əgər Tehran xoş niyyətlə danışıqlar apararsa, ABŞ İrandan uranın zənginləşdirilməsindən imtina etməsi ilə bağlı tələblərinə düzəlişlər etməyə hazırdır.

Vens həmçinin vurğulayıb ki, Vaşinqton Tehrana Livanın atəşkəs rejiminə daxil edilməsi ilə bağlı vəd verməyib və tərəflər arasında anlaşılmazlıq mövcuddur.
 
"Güman edirəm ki, İranda atəşkəsin Livana aid olduğunu düşünüblər, lakin bu belə deyil. Biz heç vaxt belə vədlər verməmişik. Biz demişik ki, atəşkəs İrana, ABŞ-nin müttəfiqlərinə, İsrailə və Fars körfəzinin ərəb ölkələrinə aid olacaq", - Vens deyib.

Bununla belə, o əlavə edib ki, İsrail tərəfi Livandakı fəaliyyətlərini məhdudlaşdırmağı təklif edib. Amerika Vitse-prezidentinin sözlərinə görə, İsrail bu yolla İran və ABŞ danışıqlarının uğurla nəticələnməsi üçün şərait yaratmağa çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mütəxəssis: “Bakıda yağış sularının idarəolunması üçün yeni mexanizmlər yaradılacaq”

Hazal Subaşının yeni layihəsi

Hazal Subaşının yeni layihəsi

Mərdəkanda sahibsiz it səkkiz nəfərə hücum edib - Sakinlər təşviş içində - VİDEO

Mərdəkanda sahibsiz it səkkiz nəfərə hücum edib - Sakinlər təşviş içində - VİDEO

Vens: “İran Hörmüz boğazını açmasa, ABŞ atəşkəs rejiminə riayət etməyəcək”

Vens: “İran Hörmüz boğazını açmasa, ABŞ atəşkəs rejiminə riayət etməyəcək”

Beyləqanda zəncirvari QƏZA: Xəsarət alan var

“Məclislərə aparıb pulumu kəsirdilər” - Nadirdən etiraf

Meloni: “İsrailin Livana hücumları dərhal dayandırılmalıdır”

Anar Əliyev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü

Rusiyalı turistlərə Türkiyədə verilən qəribə qəbz - VİDEO

Vətəndaşlara XƏBƏRDARLIQ: Dövlət qurumları adından saxta bildirişlər göndərilir

Nə süddür, nə də su: Yarım stəkan içən dərhal yuxuya gedir

Türkiyədə intensiv yağış iki nəfərin həyatına son qoydu – VİDEO

Ofeliya Şabanovanın qardaşı KOMAYA DÜŞDÜ

Naxçıvanda Ombudsman haqqında qanun ləğv oluna BİLƏR

Azərbaycanda ən çox müraciət edilən plastik cərrahiyə əməliyyatları açıqlandı

Hörmüz boğazından keçməyə cəhd edən neft tankeri geri qaytarıldı – FOTO

“WhatsApp”a yeni funksiya əlavə olunacaq

Naxçıvanda bu şəxslərin maaşları ilə bağlı YENİ QƏRAR hazırlanır

“ABŞ 10 bəndlik təklifin 3 maddəsini pozdu” – İranın spikeri

Azərbaycanda taksi kimi istifadə olunan avtomobillər üçün yeni tələblər MÜƏYYƏN EDİLƏCƏK – QƏRAR

Çox insan səhv başa düşür: 5G-dəki "G" nə deməkdir?

Şöbə müdiri menecer vəzifəsinə gətirildi

Bu tələbələr üçün yeni imkan yaradıldı - RƏSMİ

"Sabah" Çempionlar Liqasında ilk qələbəsini qazandı – FOTO

End of content

No more pages to load

RADİO