“Vaşinqton və Təl-Əviv İrana qarşı təcavüzlərini dərhal dayandırmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu Çinin BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi deyib.
“Veto qoyduğumuz qətnamə layihəsi münaqişəni söndürməyə çalışmır, əksinə alova yanacaq qatır”.
Qeyd edək ki, Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının (TŞ) Hörmüz boğazı ilə bağlı qətnaməsinə veto qoyub. 11 ölkə bu qətnamənin lehinə səs verib. Pakistan və Kolumbiya isə bitərəf qalıb.
Nəticədə BMT Təhlükəsizlik Şurası Bəhreynin Hörmüz boğazının yenidən açılması ilə bağlı qətnamə layihəsini qəbul edə bilməyib.
Xatırladaq ki, Fars körfəzi ərəb dövlətləri adından qətnamə layihəsinin təşəbbüskarı qismində Bəhreyn - Təhlükəsizlik Şurasının fəaliyyətdə olan sədri çıxış edib. Sənədi regionun digər ölkələri və ABŞ fəal şəkildə dəstəkləyib.
Qətnamə BMT-yə üzv dövlətlərə kommersiya gəmiçiliyinin qorunması və Hörmüz boğazında və onun ətrafında tankerlərin hərəkətinin bərpası üçün bütün zəruri vasitələri (o cümlədən müdafiə xarakterli hərbi qüvvəni) tətbiq etmək səlahiyyəti verməli idi. Qüvvədə olma müddəti - ən azı altı ay və ya Təhlükəsizlik Şurasının ayrıca qərarına qədər.
Bizim.Media