Bu gün Kanada Parlamentində Xocalı petisiyasının rəsmi təqdimatı keçirilib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Azərbaycanlı Kanadalılar Şəbəkəsi və Azərbaycanlı Kanada İcması millət vəkili Maykl Koperin dəstəyi ilə Kanada Parlamentində rəsmi Xocalı qətliamı petisiyasını təqdim edib.
Bu, Xocalı ilə bağlı petisiyaya 1500 imza toplandıqdan sonra mümkün olub.
Maykl Koper çıxışında “Xocalı soyqırımı”, “Ermənistan işğalı” və “bir milyona yaxın məcburi köçkün ifadəsi”ni səsləndirib.
Qeyd edək ki, gələn həftə 1992-ci ildə ermənilər tərəfindən törədilən Xocalı Soyqırımının 30-cu ildönümü qeyd ediləcək.
Bizim.Media