İran təzminat tələb etməzdən əvvəl qonşularına vurduğu zərəri kompensasiya etməlidir.
Bizim.Media xəbər verir ki, bunu BƏƏ prezidentinin müşaviri Ənvər Qarqaş Euronews telekanalına müsahibəsində deyib.
“Əgər İran həm də hücum etməmək haqqında razılaşma istəyirsə, bu razılaşma hamıya şamil olunmalıdır. Söhbət təkcə ABŞ və İsrailin İrana qarşı hərəkətlərindən getmir, həm də İranın qonşularına qarşı düşmən addımlarından gedir”, - deyə Qarqaş bildirib.
Müşavir, həmçinin BƏƏ-nin digər ölkələrlə müqayisədə daha çox İran hücumlarının hədəfinə çevrildiyini vurğulayıb.
Bizim.Media