Bu gün gecə saatlarında ABŞ və İsrail İranın paytaxtı Tehran şəhərinə növbəti aviazərbələr endirib.
Bizim.Media xəbər verir ki, zərbələrdən biri Tehranda yerləşən sinaqoqa tuş gəlib.
Qeyd edək ki, Tehran şəhərində yəhudi icmasının fəaliyyəti üçün 20-yə yaxın sinaqoq mövcuddur.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb.
Bizim.Media