Dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən 1,4 milyard avro Ukraynaya veriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen öz “X” hesabında açıqlama verib.
“Bu 1,4 milyard avro ən çox ehtiyac duyulan yerlərə yönəldiləcək. Bunlar Ukrayna dövlətini dəstəkləmək, vacib dövlət xidmətlərini qorumaq və cəsur Ukrayna Silahlı Qüvvələrini dəstəkləməkdir. Ukraynanın qələbəsinə və azadlığına olan sadiqliyimiz sarsılmazdır”, - diplomat yazıb.
Qeyd edək ki, müharibənin başlanğıcından bəri Avropa Birliyi Ukraynaya 69,7 milyard avrosu hərbi yardım olmaqla, ümumilikdə 194,9 milyard avro dəstək göstərib.
Bizim.Media