“ABŞ-ın NATO ilə gələcək əməkdaşlığı Ağ Evin rəhbərinin qərarlarından asılı olacaq”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset bildirib.
Müharibə naziri bildirib ki, alyans üzvləri bir-birinə qarşılıqlı dəstək göstərməyə hazır olmadıqda onun effektivliyi azalır.
“NATO-ya gəldikdə isə, bu qərar prezidentin ixtiyarına buraxılacaq, lakin artıq çox şey aydın olub... əgər lazım olan vaxtda sizi dəstəkləməyə hazır olmayan ölkələr varsa, siz real bir alyansa malik olmayacaqsınız”, — deyə Pentaqonun rəhbəri qeyd edib.
Bizim.Media