Yağış sularına təslim olan ŞƏHƏRLƏR – Son illərdə iqlim dəyişikliyinin dünyada TÖRƏTDİYİ FƏSADLAR – VİDEO

Dünən səhər saatlarından başlayan yağış gecə saatlarında daha da güclənib. Nəticədə leysan yağışları Bakıda və bölgələrdə fəsadlara yol açıb: bir çox əraziləri su basıb, ictimai nəqliyyatın hərəkətində problemlər yaranıb.

Rəsmi açıqlamaya görə, Bakı və Abşeronda yağıntının miqdarı aylıq normadan dörd dəfə çox olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 104 mm qeydə alınıb ki, bu da aylıq normanın 440 %-dir.   
 

Yağıntı bölgələrdə də gözləniləndən artıqdır. Belə ki, Kürdəmirdə 69 (aylıq normanın 201%-i), Qusarda 68 (aylıq normanın 181%-i), Xaçmazda 61 (aylıq normanın 251%-i), Xaltanda 60 (aylıq normanın 160%-i), Şabranda 44 (aylıq normanın 190%-i), Bərdə və Tərtərdə 29 (aylıq normanın 109%-i) mm təşkil edir.


Yağıntının fəsadları, yolların subasması, şəhər və qəsəbələrdə hərəkətin iflic olması ölkəmizdə olduğu kimi dünyanın hər yerində müşahidə olunur. Təbiətin “şıltaqlığı”ndan heç bir ölkə sığortalanmayıb. Dünyanın çox ölkələri yağış sularının ağuşunda naəlac qalıb.

Güclü yağışlar bütün şəhərləri bir-birinə bənzətdi

Yayılan videolardan yağış sularının əlindən çarəsiz görünən bütün şəhərlər bir-birini təkrarlayır. Keçilməz, sel basmış Dubay Əmirliyinin yolları ilə Ermənistan küçələri fərqlənmir. Suya həsrət Ərəbistan yarımadası görünməmiş fəlakət yaşayır. Dubay cəmi bir neçə saat ərzində su altında qalıb.


Güclü yağışlar Omanda da təhlükəli vəziyyət yaradıb. İntensiv yağışlar nəticəsində daşqınlar baş verib, avtomobillər selə düşüb, yolları su basıb.

Leysan yağışlar, kütləvi daşqınlar Avstraliyanı da cənginə alıb. Bəzi bölgələr tamamilə su altında qalıb.



İndoneziyada paytaxt Cakarta da daxil olmaqla yüzlərlə yaşayış məntəqəsini su basıb, yollar keçilməz hala düşüb.

Havay adaları isə son 20 ilin ən ağır daşqınlarından birini yaşayır: evlər, yollar, təsərrüfatlar zərər görüb.

ABŞ və Avropa ölkələri də yağışlar qarşısında aciz qalıb...

Ümumiyyətlə leysan yağışlar təkcə bu il dünyanı təəccübləndirmir. Son illərdə qlobal iqlim dəyişikliyi özünü bu cür aqressiv yağıntlarla göstərir. Ötən il Amerika Birləşmiş Ştatlarının hətta mərkəzi hissəsində güclü yağışlar dağıdıcı daşqınlara səbəb olmuş, azı 16 nəfər həlak olmuşdu. Texas, Arkanzas, Missuri, Tennessi ştatlarında daşqınla bağlı ən yüksək, 4-cü səviyyəli xəbərdarlıq edilirdi.

2024-cü ildə isə İspaniyada intensiv yağışlar və sel nəticəsində ölənlərin sayı 95 nəfərə çatmışdı. Cənub və şərq İspaniyada intensiv yağışlar avtomobil, dəmir yolu əlaqələrini sıradan çıxarmışdı.



Ötən ilin ortalarında İtaliyada qırmızı və narıncı daşqın xəbərdarlığı verilmişdi. Sonda yağış ölkə daxilində daşqınlara səbəb olmuşdu.

Hələ keçən ilin payızında Fransanın bəzi bölgələrində baş vermiş qorxunc sel və daşqınlar bir yana, bu ilin fevralında da bu ölkədə sel küçələri ağuşuna almışdı. Tunel və keçidlər saatlarla su altında qaldığından ictimai nəqliyyat saatlarla dayanmalı olmuşdu. Fransada yağışların davam etmə müddətinə görə tarixi rekord qeydə alınıb: yağıntılar ardıcıl 36-cı gün davam edib.

Bütün bunlar onu göstərir ki, antropogen təsirlər nəticəsində təbiətin nizamı pozulub. Təbii fəlakətin nə zaman baş verəcəyini proqnozlaşdırmaq xeyli çətinləşib. Bu vəziyyət isə təbiətin şıltaqlığının törətdiyi fəsadlarla mübarizəni inkişaf etmiş ölkələr üçün belə müşkülə çevirir...

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yağış sularına dözümlü MAŞINLAR – Xüsusilə şəhər kənarında yaşayanlar bu avtomobillərə üstünlük verməlidirlər

Yağış sularına dözümlü MAŞINLAR – Xüsusilə şəhər kənarında yaşayanlar bu avtomobillərə üstünlük verməlidirlər

Niderland millisi Norveçə belə qalib gəldi – VİDEO

Niderland millisi Norveçə belə qalib gəldi – VİDEO

Hər kəs 60 saniyə qaydasından DANIŞIR - QIZIL ÜSUL

Hər kəs 60 saniyə qaydasından DANIŞIR - QIZIL ÜSUL

Xaçmazda köməksiz vəziyyətdə qalan 22 nəfər belə xilas edildi – FOTO/VİDEO

Xaçmazda köməksiz vəziyyətdə qalan 22 nəfər belə xilas edildi – FOTO/VİDEO

Uqanda ordusunun komandanı: “Tehranı iki həftəyə ələ keçirərik” – VİDEO

Uqanda ordusunun komandanı: “Tehranı iki həftəyə ələ keçirərik” – VİDEO

Sel hadisəsi qeydə alınan çaylar açıqlandı – VİDEO

Sel hadisəsi qeydə alınan çaylar açıqlandı – VİDEO

Yağışa düşmüş adama bu içkini QƏTİYYƏN VERMƏYİN!

Yağışa düşmüş adama bu içkini QƏTİYYƏN VERMƏYİN!

İspaniya klubundan “Qarabağ”ın futbolçusu üçün 12 milyonluq TƏKLİF

İspaniya klubundan “Qarabağ”ın futbolçusu üçün 12 milyonluq TƏKLİF

Süfrələrdən əskik olmayan bu çərəz qəbiristanlıq bitkisiymiş...

Süfrələrdən əskik olmayan bu çərəz qəbiristanlıq bitkisiymiş...

Bu bürclər emosiyalarını gizlətməkdə ustadırlar – SİRLİ BEŞLİK

Bu bürclər emosiyalarını gizlətməkdə ustadırlar – SİRLİ BEŞLİK

Yağış səbəbindən bağlanan Quba-Xınalıq yolunda SON VƏZİYYƏT – FOTO/VİDEO

Yağış səbəbindən bağlanan Quba-Xınalıq yolunda SON VƏZİYYƏT – FOTO/VİDEO

İşıqforlar işləməsə, bu nömrəyə zəng edin – FOTO

İşıqforlar işləməsə, bu nömrəyə zəng edin – FOTO

Argentina çətinliklə qalib gəldi - VİDEO

Argentina çətinliklə qalib gəldi - VİDEO

Trampın xüsusi elçisi İlham Əliyevin uğurlu liderlik nümunəsindən danışdı – VİDEO

Trampın xüsusi elçisi İlham Əliyevin uğurlu liderlik nümunəsindən danışdı – VİDEO

Böyük imperiyaların QƏNİMƏTİ – Makedoniyalı İsgəndərdən, Fateh Sultan Mehmetə qədər əl-əl gəzən YARIMADA – FOTO

Böyük imperiyaların QƏNİMƏTİ – Makedoniyalı İsgəndərdən, Fateh Sultan Mehmetə qədər əl-əl gəzən YARIMADA – FOTO

Yağış sularına təslim olan ŞƏHƏRLƏR – Son illərdə iqlim dəyişikliyinin dünyada TÖRƏTDİYİ FƏSADLAR – VİDEO

Yağış sularına təslim olan ŞƏHƏRLƏR – Son illərdə iqlim dəyişikliyinin dünyada TÖRƏTDİYİ FƏSADLAR – VİDEO

Röya keçmiş ailəsindən danışdı: “Canımı qurtarmışam” – VİDEO

Röya keçmiş ailəsindən danışdı: “Canımı qurtarmışam” – VİDEO

Yağıntı tədricən kəsiləcək – BU TARİXDƏN

Yağıntı tədricən kəsiləcək – BU TARİXDƏN

Şokolad sızanaq yaradır?

Şokolad sızanaq yaradır?

Bakıda yağıntının miqdarında tarixi REKORD

Bakıda yağıntının miqdarında tarixi REKORD

Bakıda bina qəzalı vəziyyətə düşdü - VİDEO

Bakıda bina qəzalı vəziyyətə düşdü - VİDEO

DTX və “AnewZ”-dan BİRGƏ LAYİHƏ – “Yolun yarısında” sənədli filmi – VİDEO

DTX və “AnewZ”-dan BİRGƏ LAYİHƏ – “Yolun yarısında” sənədli filmi – VİDEO

Gömrükdə ƏMƏLİYYAT – Kahı yükünün içərisində narkotik keçirmək istədilər – FOTO/VİDEO

Gömrükdə ƏMƏLİYYAT – Kahı yükünün içərisində narkotik keçirmək istədilər – FOTO/VİDEO

İran ABŞ bazasına ZƏRBƏ ENDİRDİ – Onlarla hərbçi yaralandı – FOTO

İran ABŞ bazasına ZƏRBƏ ENDİRDİ – Onlarla hərbçi yaralandı – FOTO

End of content

No more pages to load

RADİO