ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun İran xalqına birgə müraciət edərək küçələrə çıxmaq və rejimə qarşı müharibə fonunda hakimiyyəti devirmək çağırışı təklifini rədd edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Axios" portalı yüksək rütbəli amerikalı rəsmilərə və İsraildən olan mənbəsinə istinadən məlumat yayıb.
Müzakirə ötən həftənin çərşənbə aqşamı, İsrail tərəfindən yüksək rütbəli İran rəsmilərinin — Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani və “Bəsic” komandanı Qolamreza Süleymaninin öldürülməsində sonra baş tutub.
Portalın məlumatına görə, Netanyahu telefon danışığı zamanı Trampa İran rejiminin “xaos vəziyyətində” olduğunu bildirib və iddia edib ki, vəziyyəti daha da qeyri-sabitləşdirmək üçün birgə çağırışın vaxtı çatıb. Lakin Tramp belə bir çağırışın kütləvi qırğına səbəb ola biləcəyindən narahatlığını ifadə edib, çünki SEPAH-ın etirazları amansızlıqla yatıracağı ehtimalı yüksəkdir.
Liderlər vəziyyəti növbəti gün, iranlıların çox vaxt kütləvi xalq şənlikləri ilə müşayiət olunan od çərşənbəsini (Çaharşənbə-Suri) qeyd etdiyi vaxt yenidən nəzərdən keçirmək barədə razılığa gəliblər. Qərara alınıb ki, əgər əhəmiyyətli etirazlar yaranarsa, onlar birgə çağırışla çıxış edəcəklər.
Lakin kütləvi nümayişlər baş verməyib.
Nəticədə, İsrail və Amerika rəsmiləri belə qənaətə gəliblər ki, İran əhalisi bu ilin əvvəlində rejimin etirazları sərt şəkildə yatırmasından sonra küçələrə çıxmaq üçün hələ də çox qorxur.
Bizim.Media