Müharibənin başladığı 28 fevraldan bəri İran Fars körfəzi ölkələrinə 4911 raket və pilotsuz uçuş aparatı, İsrailə isə 850 belə vasitə buraxıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Əl Ərəbiyə” telekanalı məlumat yayıb.
Telekanalın hesablamalarına görə, konkret olaraq, Körfəz ölkələrinə 1119 raket və 3792 PUA, İsrailə isə 300 raket və 550 PUA atılıb.
Beləliklə, İranın bütün raket və dron hücumlarının təxminən 85%-i Fars körfəzi dövlətlərinin payına düşür.
Bizim.Media