2022-2023-cü tədris ili üçün Hindistanın Mədəniyyət Məsələləri üzrə Şurasının (ICCR) yenidən hazırlanmış Ümumi Təqaüd Sxeminə (A1201) əsasən Hindistan universitetlərində/institutlarında təqaüd proqramları elan olunub.
Hindistanın Azərbaycandakı Səfirliyindən Bizim.Media-ya bildirilib ki, müraciətlərin təqdim edilməsi üçün son tarix aprelin 30-dur.
Eyni zamanda vurğulanıb ki, qəbul zamanı ərizəçinin yaşı 18-ə çatmış olmalı və 30-dan çox olmamalıdır.
Bizim.Media