Yaxın Şərqdə hərbi eskalasiyanın ilk günlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində xəsarət alan və xəstəxanaya yerləşdirilən Azərbaycan Respublikası vətəndaşının müalicəsi yekunlaşıb.
Azərbaycanın Dubay şəhərindəki baş konsulluğundan Bizim.Media-ya verilən məlumata görə, xəsarət alan vətəndaşımız bu gün xəstəxanadan buraxılıb.
Baş konsulluq vətəndaşımızı və ailə üzvünü hava limanına yola salıb. Onun bu gün Dubay şəhərindən müntəzəm reyslə ölkəmizə geri qayıdışı nəzərdə tutulur.
Bizim.Media