Neftin qiyməti 150 dolları ÖTƏCƏK?

Yaxın Şərqdə baş verənlər birjalarda neftin qiymətinin sürətlə artmasında səbəb olub.  Təbii ki, qiymət artımı "Azeri Light" (CIF) markalı Azərbaycan neftinə daha çox təsir edib.

Martın 7-də Azərbaycan neftinin 1 barelinin qiyməti 6,72 ABŞ dolları və ya 7,65% artaraq 94,62 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 87,9 ABŞ dolları təşkil edib. Beləcə "Azeri Light" son 3 ilin rekordunu təzələyib.

Bəs, bu artım ölkməmizə hansı dividendlər gətirə bilər?

Niderlandın ən böyük maliyyə qrupu olan "ING Group"dan bildirilib ki, neftin qiymətinin hər 10 dollar/barel artması Azərbaycanın illik ixrac gəlirlərini təxminən 3 milyard dollar artırır. Bu isə ölkə iqtisadiyyatı üçün təxminən ÜDM-in 4%-i həcmində əlavə gəlir deməkdir.

Qeyd edilib ki, Yaxın Şərqdə gərginliyin artması və enerji bazarlarında risklərin yüksəlməsi fonunda neft qiymətlərinin artması region ölkələrinin iqtisadi göstəricilərinə müxtəlif istiqamətlərdə təsir edir. Enerji ixrac edən ölkələr üçün bu proses əsasən müsbət nəticələr doğurur.

Vurğulanıb ki, enerji qiymətlərinin yüksəlməsi enerji ixrac edən ölkələrin ticarət balansını gücləndirsə də, enerji idxal edən dövlətlər üçün inflyasiya risklərini artırır və cari hesab balansına təzyiq yaradır.

ING analitikləri bildirirlər ki, Yaxın Şərqdə münaqişənin davam etməsi enerji bazarlarında qiymətlərin yüksək qalmasına və region iqtisadiyyatlarında yeni makroiqtisadi risklərin yaranmasına səbəb ola bilər.

Bu qiymət artımı nə qədər və hansı səviyyəyə qədər yüksələ bilər?

"Financial Times" yazır ki, Yaxın Şərqdə müharibə nəticəsində tankerlər və digər ticarət gəmiləri Hürmüz boğazından keçə bilməsə, neftin qiyməti iki-üç həftə ərzində barrel başına 150 dollara yüksələ bilər.

Qətərin enerji naziri Saad əl-Kaabi xəbərdarlıq edib ki, Yaxın Şərqdə müharibə dünya iqtisadiyyatını məhv edə bilər. O, proqnozlaşdırıb ki, Körfəz ölkələrinin bütün enerjidaşıyıcı ixracatçıları bir neçə gün ərzində istehsalı dayandıracaq.

Onun sözlərinə görə, hətta İran müharibəsi dərhal bitsə belə, Qətərin İran dronlarının ölkənin ən böyük maye təbii qaz (MTQ) istehsal zavoduna vurduğu zərərdən sonra normal təchizat dövrünə qayıtması bir neçə həftədən bir neçə ayadək vaxt tələb edəcək.

Əsas risk Hörmüz boğazının bloklanmasıdır: dünya neft və qaz ixracının təxminən beşdə biri bu boğazdan keçir.

“Əgər bu müharibə bir neçə həftə davam edərsə, bu, dünya üzrə ÜDM artımına təsir göstərəcək. Enerjidaşıyıcıların qiymətləri hər kəs üçün yüksələcək. Bəzi məhsullar çatışmazlığı yaranacaq və bu, təchizat verə bilməyən zavodlarda zəncirvari reaksiyaya səbəb olacaq", deyə Qətərin enerji naziri bildirib.

Ekspertlər bildirir ki, neft qiymətləri yaxın aylarda nisbətən yüksək səviyyədə qalacaq. Brent markalı neftin qiyməti barrel başına 90 dollar səviyyəsində olması proqnozlaşdırılır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Öz xoşbəxtliklərinə mane olan BÜRCLƏR

Öz xoşbəxtliklərinə mane olan BÜRCLƏR

Zidan gəldi, Fransa millisinin loqosu dəyişdi - FOTO

Zidan gəldi, Fransa millisinin loqosu dəyişdi - FOTO

ABŞ-də məktəblər ilk dəfə olaraq dronlarla qorunacaq

ABŞ-də məktəblər ilk dəfə olaraq dronlarla qorunacaq

Messi "İnter Mayami"yə qayıtdı - FOTO

Messi "İnter Mayami"yə qayıtdı - FOTO

Nigar Camal təcili əməliyyat olundu - FOTO

Nigar Camal təcili əməliyyat olundu - FOTO

“Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”

“Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”

Yaxın zamanda maliyyə uğuru qazana biləcək BÜRCLƏR

Yaxın zamanda maliyyə uğuru qazana biləcək BÜRCLƏR

Nişanlı cütlüyün rəqs görüntülərini “TikTok”da yaydı, HƏBS OLUNDU

Nişanlı cütlüyün rəqs görüntülərini “TikTok”da yaydı, HƏBS OLUNDU

ABŞ və Səudiyyə Ərəbistanından İraqa birgə zərbə: SEPAH müşavirləri həlak oldu

ABŞ və Səudiyyə Ərəbistanından İraqa birgə zərbə: SEPAH müşavirləri həlak oldu

Yüksək maaşlı, lakin az tanınan PEŞƏLƏR: Gənclər onları niyə seçmir?

Yüksək maaşlı, lakin az tanınan PEŞƏLƏR: Gənclər onları niyə seçmir?

Kino sevənlərə şad xəbər: Azərbaycanda 7 gün pulsuz izləmək olacaq - FOTO

Kino sevənlərə şad xəbər: Azərbaycanda 7 gün pulsuz izləmək olacaq - FOTO

Fərrux Sədirov İŞDƏN ÇIXARILDI

Fərrux Sədirov İŞDƏN ÇIXARILDI

Boş qalan “Sədərək” bazarının satıcıları bu üsulla pullana bilərlər

Boş qalan “Sədərək” bazarının satıcıları bu üsulla pullana bilərlər

Maaş və pensiya kartlarında YENİLİK

Maaş və pensiya kartlarında YENİLİK

Xanım səfirlərin sayı ÜÇƏ ÇATDI

Xanım səfirlərin sayı ÜÇƏ ÇATDI

FED uçot dərəcəsini sabit saxladı

FED uçot dərəcəsini sabit saxladı

Kişi vədinə əməl etdi: Argentina uduzdu, arvadını boşadı

Kişi vədinə əməl etdi: Argentina uduzdu, arvadını boşadı

Tramp və Zelenski görüşünün yekunları MƏLUM OLDU

Tramp və Zelenski görüşünün yekunları MƏLUM OLDU

Ayaz Mustafayev "Space TV" ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Ayaz Mustafayev "Space TV" ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Zelenski Tuskla nəyi müzakirə edəcək? – Bəzi detallar

Zelenski Tuskla nəyi müzakirə edəcək? – Bəzi detallar

Azərbaycan güləşçiləri dünya ikincisi OLDU

Azərbaycan güləşçiləri dünya ikincisi OLDU

Netanyahu İsrail ordusunu Suriyadan çıxarmaqdan İMTİNA ETDİ

Netanyahu İsrail ordusunu Suriyadan çıxarmaqdan İMTİNA ETDİ

DÇ-2026-nın finalından sonra argentinalı futbolçulara qarşı İŞ AÇILDI

DÇ-2026-nın finalından sonra argentinalı futbolçulara qarşı İŞ AÇILDI

Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi – VİDEO

Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi – VİDEO

End of content

No more pages to load

RADİO