Avstraliya: “İranın hücumlarından zərər çəkən ölkələrə yardım edəcəyik, lakin əsgər göndərməyəcəyik”

Avstraliyanın xarici işlər naziri Penny Vong bildirib ki, ölkəsi ABŞ və İsrail ilə İran arasında davam edən münaqişə fonunda Yaxın Şərqdə İranın cavab zərbələrindən zərər çəkən ölkələrə hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirir, lakin bölgəyə əsgər göndərmək planı yoxdur.

Bizim.Media xəbər verir ki, nazir bu barədə ABC News-un “Insiders” proqramında danışıb.

Onun sözlərinə görə, İranın hücumlarından təsirlənən bəzi ölkələr pilotsuz uçuş aparatları və raket zərbələrinə qarşı müdafiə üçün Avstraliyadan dəstək istəyib.
 

Penny Vong qeyd edib ki, münaqişənin tərəfi olmayan bir sıra ölkələr də İran tərəfindən hədəfə alınıb və buna görə onlardan yardım tələbi gəlməsi gözlənilən haldır. Nazir bildirib ki, Avstraliya hökuməti bu müraciətləri qiymətləndirəcək.


O, mümkün hərbi yardımın detalları barədə məlumat verməsə də vurğulayıb ki, Avstraliya İran əleyhinə hücum xarakterli hərbi əməliyyatlarda iştirak etməyəcək.

Vong əlavə edib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədilə görülən tədbirlərə dəstək vermək Avstraliyanın milli maraqlarına uyğundur, lakin bu addımlar bölgəyə hərbi qüvvə göndərilməsini nəzərdə tutmur.
 

Nazir həmçinin bildirib ki, ölkənin gələcəyi və siyasi sistemi barədə qərarı İran xalqı verməlidir. Onun sözlərinə görə, hər hansı rejim dəyişikliyi yalnız xalqın dəstəyi ilə mümkün ola bilər.


Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran isə cavab olaraq İsraillə yanaşı ABŞ hərbi bazalarının yerləşdiyi Qatar, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi ölkələrdə müəyyən hədəflərə zərbələr endirib.

İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur isə ABŞ-İsrail hücumları nəticəsində 926 nəfərin həyatını itirdiyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nəriman Axundzadə ABŞ-a YOLLANDI

Nəriman Axundzadə ABŞ-a YOLLANDI

Hərbçi mənzildə ölü tapıldı

Hərbçi mənzildə ölü tapıldı

Putindən Hindistana mesaj: Rusiya nefti artıq endirimlə satılmayacaq

Putindən Hindistana mesaj: Rusiya nefti artıq endirimlə satılmayacaq

"Ford" 1,74 milyon avtomobili geri çağırır

"Ford" 1,74 milyon avtomobili geri çağırır

Şimal bölgəsinin bəzi dağlıq ərazilərinə qar yağıb

Şimal bölgəsinin bəzi dağlıq ərazilərinə qar yağıb

"UFC" Ağ Evdə keçiriləcək turnirin əsas döyüşünü RƏSMƏN ELAN ETDİ

"UFC" Ağ Evdə keçiriləcək turnirin əsas döyüşünü RƏSMƏN ELAN ETDİ

Livanda didərgin düşənlərin sayı 454 mini keçdi

Livanda didərgin düşənlərin sayı 454 mini keçdi

Mahir Emreli oynadı, komandası uduzdu

Mahir Emreli oynadı, komandası uduzdu

Trampın yeni planı müharibənin gedişini dəyişə bilər: Hədəfdə Xarg adası

Trampın yeni planı müharibənin gedişini dəyişə bilər: Hədəfdə Xarg adası

Qazaxıstanın 3 diplomatik nümayəndəsi İrandan Azərbaycana gəldi - FOTO

Qazaxıstanın 3 diplomatik nümayəndəsi İrandan Azərbaycana gəldi - FOTO

Bu günədək İrandan Azərbaycana 66 ölkənin 1873 vətəndaşı təxliyə olunub - FOTO

Bu günədək İrandan Azərbaycana 66 ölkənin 1873 vətəndaşı təxliyə olunub - FOTO

İranda “Qadın ninjalar” - İsrail əsgərlərini gözləyirlər - FOTO

İranda “Qadın ninjalar” - İsrail əsgərlərini gözləyirlər - FOTO

Yaxın Şərqdə müharibə tarlalara da təsir etdi: Qlobal ərzaq böhranı yaranır

Yaxın Şərqdə müharibə tarlalara da təsir etdi: Qlobal ərzaq böhranı yaranır

İrandan kritik açıqlama - 24 saat ərzində yeni dini lider seçiləcək? - VİDEO

İrandan kritik açıqlama - 24 saat ərzində yeni dini lider seçiləcək? - VİDEO

Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq

Hücumlardan sonra Tehranda qeyri-adi mənzərə: Neft sanki yağış kimi yağdı - FOTO/VİDEO

Hücumlardan sonra Tehranda qeyri-adi mənzərə: Neft sanki yağış kimi yağdı - FOTO/VİDEO

“Yuventus”dan böyükhesablı qələbə - VİDEO

“Yuventus”dan böyükhesablı qələbə - VİDEO

FAKTİKİ HAVA: Bu ərazidə qar örtüyünün hündürlüyü bir metri keçib

FAKTİKİ HAVA: Bu ərazidə qar örtüyünün hündürlüyü bir metri keçib

Türkiyədə yaşayan bu qadını siz də TANIYIN

Türkiyədə yaşayan bu qadını siz də TANIYIN

Bu ölkələrdə 8 Martı qeyd etmək qadağandır – Gizlicə bayram edənlər CƏRİMƏLƏNİR

Bu ölkələrdə 8 Martı qeyd etmək qadağandır – Gizlicə bayram edənlər CƏRİMƏLƏNİR

Avstraliya: “İranın hücumlarından zərər çəkən ölkələrə yardım edəcəyik, lakin əsgər göndərməyəcəyik”

Avstraliya: “İranın hücumlarından zərər çəkən ölkələrə yardım edəcəyik, lakin əsgər göndərməyəcəyik”

Süni intellekt “intiqam aldı”? - GitHub-da qəribə hadisə

Süni intellekt “intiqam aldı”? - GitHub-da qəribə hadisə

Son bir ildə 69,5 min qadın münasib işlə təmin edilib

Son bir ildə 69,5 min qadın münasib işlə təmin edilib

Alyona Əliyevadan paylaşım - FOTO

Alyona Əliyevadan paylaşım - FOTO

End of content

No more pages to load

RADİO