İspaniyanın baş naziri Pedro Sançes sosial media hesabında türk bayrağı ilə paylaşım edərək türk sosial media istifadəçilərinə salam göndərib.
Bizim.Media xəbər verir ki, məlumata görə, Sançes son vaxtlar paylaşımlarına maraq göstərən türk sosial media istifadəçilərinə təşəkkür etmək məqsədilə bu paylaşımı edib.
O, sosial şəbəkədə yazdığı mesajda “Türk sosial media paylaşıcıları icmasına salamlar” ifadəsini işlədib.
Paylaşım İspaniyanın Kastiliya və Leon muxtar bölgəsində 15 martda keçiriləcək yerli parlament seçkiləri ərəfəsində edilib.
Sançes paylaşımında rəhbərlik etdiyi İspaniya Sosialist İşçi Partiyasının (PSOE) Soriya şəhərində keçirilən mitinqindən görüntü də yayımlayıb.

Bizim.Media