“İran prezidenti regionda gərginliyin azaldılmasına hazır olduğunu bildirib, lakin bunun üçün qonşu ölkələrin hava məkanı, ərazisi və sularının İran xalqına qarşı hücumlar üçün istifadə olunmaması şərti qoyulub”.
Bizim.Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi sosial media hesabında etdiyi paylaşımda qeyd edib.
“Lakin qonşu ölkələrə ünvanlanan bu jest demək olar ki, dərhal prezident Tramp tərəfindən heçə endirildi”, — deyə ölkənin xarici işlər naziri Əraqçi yazıb.

Bizim.Media