Körfəzdə olan gəmilər İran tərəfindən hücuma məruz qalmamaq üçün transponder vasitəsilə siqnallarını dəyişdirərək Çinə aid olduqlarını və Çin ekipajının gəmidə olduğunu göstərməyə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Nəşrin məlumatına görə, son bir həftədə ən azı 10 gəmi avtomatik identifikasiya sistemində siqnallarını “Çinə məxsus”, “Tamamilə Çin ekipajı” və ya “Gəmidə Çin ekipajı var” kimi göstərib.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib.
Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili və ABŞ bazalarını deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.
Buna paralel olaraq, İran Hörmüz boğazını bağladığını açıqlayıb və bölgədəki bir neçə tankerə zərbələr endirib.
Bizim.Media