Tehran Rusiyanın ABŞ və İsrail hərbi təcavüzünə qarşı mübarizədə İran xalqının hüquqlarını dəstəkləmək üçün beynəlxalq potensialından istifadə etməsini gözləyir.
Bizim.Media “Tasnim”ə istinadla xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Rusiya lideri Vladimir Putinlə telefon danışığında bildirib.
Telefon danışığında Pezeşkian İranın ali lideri Əli Xameneinin öldürülməsini bütün hüquq normalarına və beynəlxalq qanunlara zidd bir hərəkət kimi xarakterizə edib.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili və ABŞ bazalarını deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.
Bizim.Media