İranın müharibə başlayandan bəri hücum etdiyi ölkələr – SİYAHI

Yaxın Şərqdə münaqişənin eskalasiyası İran, İsrail və ABŞ-la yanaşı daha 13 ölkəyə təsir edib. 

Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyinin hesablamalarına əsasən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Molla rejimi iç üzünü GÖSTƏRDİ – Naxçıvana hücum – VİDEO


Məlumata görə, gərginlik Azərbaycan, Bəhreyn, İordaniya, İraq, Qətər, Kipr, Küveyt, Livan, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Səudiyyə Ərəbistanı, Suriya və Türkiyəni də əhatə edib.

Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr İranın ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Hücum nəticəsində İranın ali dini lideri ayətullah Əli Xamenei həlak olub.

Bundan sonra İranın İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatı başladığını elan edib. İranın əsas hücumları İsrail ərazisinə yönəlib.

İranın raket və pilotsuz aparat zərbələri ilə Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Suriya və Səudiyyə Ərəbistanı da üzləşib. Bu ölkələrdə ABŞ-ın hərbi bazaları və obyektləri yerləşir.

Martın 2-nə keçən gecə Livan ərazisindən İsrailin şimalına raket zərbələri endirilib. Hücuma görə məsuliyyəti “Hizbullah” hərəkatı öz üzərinə götürərək bunu Xameneinin öldürülməsinə cavab adlandırıb.

Bundan sonra İsrail Hərbi Hava Qüvvələri Livan ərazisinə genişmiqyaslı zərbələr endirməyə başlayıb. İsrail ordusunun Baş Qərargahı “Hizbullah”a qarşı hücum əməliyyatının başladığını və bunun “uzun günlər davam edə biləcəyini” bildirib.

Martın 2-də Kiprdə yerləşən Britaniyanın Akrotiri hərbi aviabazası dron hücumuna məruz qalıb. Nəticədə hərbi obyektə cüzi ziyan dəyib.

Martın 4-də Türkiyə Müdafiə Nazirliyi İran ərazisindən buraxıldığı bildirilən ballistik raketin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb. Raket İraq və Suriya hava məkanından keçərək Türkiyəyə doğru yönəlmişdi. Mərminin və onu vuran raketin qalıqları Hatay vilayətinə düşüb. İran Silahlı Qüvvələri isə Türkiyə istiqamətində raket buraxılması barədə məlumatı təkzib edib.

 

Martın 5-də Azərbaycan Xarici İşlər Nazirliyi İran ərazisindən buraxılan iki pilotsuz aparatın Naxçıvan hava limanı yaxınlığında düşdüyünü bildirib. Hadisə nəticəsində hava limanının binasına ziyan dəyib, 4 nəfər yaralanıb.

 

Azərbaycan XİN bəyan edib ki, Bakı bu hadisə ilə bağlı cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qazaxıstan İranın Naxçıvana hücumundan dərin narahatlıq ifadə etdi

Qazaxıstan İranın Naxçıvana hücumundan dərin narahatlıq ifadə etdi

Şahin Şıxlinskiyə 22 il həbs cəzası verildi

Şahin Şıxlinskiyə 22 il həbs cəzası verildi

Ankaranın sülh planı: ABŞ razı imiş, İran "yox" deyib

Ankaranın sülh planı: ABŞ razı imiş, İran "yox" deyib

Sibiqa: “Azərbaycana hücum göstərir ki, Tehrandakı rejim qlobal təhlükədir” - FOTO

Sibiqa: “Azərbaycana hücum göstərir ki, Tehrandakı rejim qlobal təhlükədir” - FOTO

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Şahdağda keçirilən Avropa çempionatında 2-ci günün QALİBLƏRİ – SİYAHI

Şahdağda keçirilən Avropa çempionatında 2-ci günün QALİBLƏRİ – SİYAHI

Latviya səfirliyi Azərbaycana dron hücumunu şiddətlə pislədi

Latviya səfirliyi Azərbaycana dron hücumunu şiddətlə pislədi

Günəşdə güclü partlayışlar 2028-ci ilə qədər davam edəcək

Günəşdə güclü partlayışlar 2028-ci ilə qədər davam edəcək

Ceyhun Bayramov Hakan Fidanla İranın Azərbaycana dron hücumlarını müzakirə etdi

Ceyhun Bayramov Hakan Fidanla İranın Azərbaycana dron hücumlarını müzakirə etdi

SON DƏQİQƏ! “İran PUA-larından biri sıradan çıxarılıb” – Müdafiə Nazirliyindən AÇIQLAMA

SON DƏQİQƏ! “İran PUA-larından biri sıradan çıxarılıb” – Müdafiə Nazirliyindən AÇIQLAMA

Milli QHT Forumu: “İran Azərbaycana hücum etməklə böyük səhvə yol verdi”

Milli QHT Forumu: “İran Azərbaycana hücum etməklə böyük səhvə yol verdi”

"İran başını itirib" — Türk general Naxçıvana hücumdan danışdı

"İran başını itirib" — Türk general Naxçıvana hücumdan danışdı

Azərbaycan Kuboku: Yarımfinalda "Zirə"nin rəqibi bu komanda olacaq - VİDEO

Azərbaycan Kuboku: Yarımfinalda "Zirə"nin rəqibi bu komanda olacaq - VİDEO

Maka Botçorişvilidən İranın dron hücumları ilə bağlı Ceyhun Bayramova ZƏNG

Maka Botçorişvilidən İranın dron hücumları ilə bağlı Ceyhun Bayramova ZƏNG

Prezident: “Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri həyata keçirilsin”

Prezident: “Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri həyata keçirilsin”

İlham Əliyev: “Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar” - VİDEO

İlham Əliyev: “Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar” - VİDEO

İlham Əliyev: "Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək" - VİDEO

İlham Əliyev: "Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək" - VİDEO

Prezident: “İstənilən bəd qüvvə bizim “Dəmir yumruğ”umuzu görəcək”

Prezident: “İstənilən bəd qüvvə bizim “Dəmir yumruğ”umuzu görəcək”

Prezident: “Bu terror aktını törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir” - VİDEO

Prezident: “Bu terror aktını törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir” - VİDEO

Bakıdan Naxçıvana səfər etmək istəyənlərin NƏZƏRİNƏ! Alternativ reyslər təşkil olundu – CƏDVƏL

Bakıdan Naxçıvana səfər etmək istəyənlərin NƏZƏRİNƏ! Alternativ reyslər təşkil olundu – CƏDVƏL

İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - FOTO/VİDEO

İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - FOTO/VİDEO

Naxçıvana uçan təyyarə Bakıya qayıdıb – Baş Prokurorluq

Naxçıvana uçan təyyarə Bakıya qayıdıb – Baş Prokurorluq

Naxçıvan hədəfdə: İranın təhlükəli oyunu - Uşaq qatili İran dərs vaxtı məktəbi vurur...

Naxçıvan hədəfdə: İranın təhlükəli oyunu - Uşaq qatili İran dərs vaxtı məktəbi vurur...

Küveyt XİN: "Azərbaycanla tam həmrəyik"

Küveyt XİN: "Azərbaycanla tam həmrəyik"

End of content

No more pages to load

RADİO