Ukrayna Aralıq dənizində Rusiyaya məxsus qaz daşıyan gəmiyə pilotsuz katerlərlə hücum edib.
Bizim.Media xəbər verir ki, Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, “Arktik Metagaz” gəmisinin 30 nəfərlik heyətinin hamısı xilas edilib.
Nazirlik bu hücumu “beynəlxalq terror aktı” kimi qiymətləndirib.
Qurumdan bildirilib ki, hücum Avropa İttifaqı ölkələrinin hakimiyyət orqanlarının səhlənkarlığı şəraitində həyata keçirilib və bu hadisə beynəlxalq ictimaiyyət tərəfindən mütləq qiymətləndirilməlidir.
Bizim.Media