İsrail hərbçiləri Livanın cənubunda yaşayan yerli əhalinin tam evakuasiyasını elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İsrail KİV-ləri yayıb.
Məlumata görə, İsrail Müdafiə Ordusu (SAXAL) Livanın cənubunda məskunlaşan sakinlərin ərazini tərk etməsi ilə bağlı göstəriş verib. Bildirilir ki, həmin bölgədə bufer zona yaradılacaq.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-dən etibarən İran ərazisinə zərbələr endirməyə başlayıb. Hücumlar nəticəsində dağıntılar və insan tələfatı barədə məlumatlar yayılıb.
İran isə cavab olaraq İsrail ərazisinə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına raket zərbələri endirir.
Hücumlar zamanı İranın ali dini lideri ayətullah Əli Seyid Xamenei və ölkənin digər yüksək vəzifəli şəxslərinin də həlak olduğu bildirilib.
Martın 2-də isə “Hizbullah” hərəkatı da İsrailə qarşı müharibəyə qoşulduğunu elan edib. İsrail bu təşkilata qarşı hücum əməliyyatına başladığını və Cənubi Livan ərazisinə daxil olduğunu açıqlayıb.
Bizim.Media