“Xameneinin yerini Trampa o deyib” - Hər şeyi başladan zəng...

Ötən bazar ertəsi İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla həlledici telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Axios” məlumatlı üç mənbəyə istinadən məqalə dərc edib.

Bildirilib ki, Netanyahu Trampa İranın Ali Lideri Əli Xamenei və onun ən yaxın müşavirlərinin şənbə səhəri Tehranda bir araya gələcəyinə dair kəşfiyyat məlumatı təqdim edib, onların bir zərbə ilə hədəfə alına biləcəyini bildirib:

“Fevralın 23-də Ağ Evdən edilən və indiyədək açıqlanmayan bu zəng İranla müharibəyə aparan prosesdə dönüş nöqtəsi hesab olunur. Son günlər ABŞ-da qanunvericilər, MAGA (Make America Great Again) hərəkatının skeptikləri və dünya liderləri tərəfindən səsləndirilən “Niyə indi?” sualının cavabı da məhz bu məqamla əlaqələndirilir. Mənbələrə görə, Xamenei və yaxın ətrafı həm Vaşinqton, həm də Təl-Əviv üçün “qaçırılmamalı fürsət hədəfi” kimi qiymətləndirilib.

ABŞ və İsrail rəsmilərinin sözlərinə görə, 23 fevral danışığı iki lider arasında aylarla davam edən intensiv koordinasiyanın tərkib hissəsi olub. Müharibəyə aparan iki ay ərzində Tramp və Netanyahu iki dəfə üz-üzə görüşüb, 15 dəfə telefonla danışıblar. ABŞ və İsrail zərbəni bir həftə əvvəl endirməyi nəzərdən keçirsə də, əlverişsiz hava şəraiti və əməliyyat səbəbləri planı təxirə salıb”, - “Axios” yazır.

Qeyd edilib ki, Trampın göstərişi ilə Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İsrail hərbi kəşfiyyatının təqdim etdiyi məlumatları yoxlayaraq təsdiqləyib:

“Mənbələr bildirir ki, prezident əvvəlcədən İrana zərbə endirməyə meyilli olsa da, vaxt məsələsində qəti qərar verməmişdi. Netanyahu ilə danışıqdan sonra hazırlıq sürətlənib. Lakin Tramp ilk olaraq növbəti gecə Konqresdə “Birliyin Vəziyyəti” ilə bağlı çıxışını edib.

ABŞ rəsmiləri qeyd edirlər ki, Tramp Ayətullahı təşvişə salmamaq və onu yeraltı sığınacaqlara çəkilməyə məcbur etməmək üçün İrana həddindən artıq diqqət yönəltməmək barədə “qəsdən” qərar verib. Cümə axşamı MKİ-nin yekun təsdiqindən sonra qərar mərhələsinə keçilib.

Həmin gün Trampın elçiləri Cared Kuşner və Stiv Uitkoff Cenevrədə İran rəsmiləri ilə danışıqlar aparıblar. ABŞ rəsmisinin sözlərinə görə, onlar Vaşinqtona diplomatiyanın nəticəsiz qaldığını bildiriblər:

“Əgər diplomatiya yolu seçilsəydi, razılaşma üçün mübarizə aparardıq. Amma qarşı tərəf prezidentin qəbul edə biləcəyi sazişə hazır deyil”.

Bundan sonra Tramp iki məqamdan əmin olub: kəşfiyyat məlumatları möhkəmdir və diplomatik imkan tükənib. Cümə günü saat 15:38-də son əmr verilib. On bir saat sonra Tehrana zərbələr endirilib, Xameneinin öldürüldüyü və müharibənin başladığı bildirilib.

Məlumatlara görə, Tramp Netanyahunu yaxın tərəfdaş kimi görüb və İran məsələsində onunla sıx məsləhətləşib. Eyni zamanda, ilkin mərhələdə diplomatiyanı tam tükəndirməyə çalışıb. ABŞ rəsmisi bildirib ki, Ağ Ev paralel olaraq həm danışıqları, həm də birgə hərbi planlaşdırmanı davam etdirib.

Dövlət katibi Marko Rubio isə tənqidlərə cavab olaraq bildirib ki, əməliyyat “istənilən halda baş verməli idi” və bu, sadəcə zaman məsələsi idi. Onun sözlərinə görə, həmin həftəsonu təhlükəyə qarşı birgə tədbir üçün “unikal fürsət” yaranıb.

İsrail rəsmilərindən biri iddia edib ki, Tramp, əslində, yanvarın əvvəlində zərbə endirmək istəyib, lakin təxirə salmağı xahiş edən Netanyahu olub. Başqa mənbələr isə əksinə, Netanyahunun daha sürətli hərəkət üçün təşviqat apardığını bildirib. İlkin plan martın sonu və ya aprelin əvvəlinə nəzərdə tutulsa da, sürətləndirilmiş vaxt qrafiki administrasiyanı çətin vəziyyətə salıb. Ağ Ev müharibəyə ictimai əsaslandırmanı zərbələrdən sonra təqdim etməli olub.

ABŞ vətəndaşlarının bir qismi hücumlar barədə əvvəlcədən məlumatlandırılmadıqları üçün İranın mümkün cavab zərbələri fonunda bölgədə çətin vəziyyətdə qalıb. Dövlət Departamenti 1500-dən çox amerikalının təxliyəsi üçün təcili tədbirlər görüb. Jurnalistlərin niyə əvvəlcədən plan olmadığı barədə sualına Tramp “Çünki hər şey çox tez baş verdi” cavabını verib”.

“Axios”un məlumatına görə, İsrailin Vaşinqtondakı səfiri Yexiel Layter 23 fevral zənginin detalları barədə şərh verməkdən imtina edib, lakin Netanyahunun qərarı sürətləndirmək üçün xüsusi təşviqat apardığı iddialarını rədd edib:

“Onun sözlərinə görə, son bir ildə ABŞ və İsrail İran təhlükəsi ilə bağlı əvvəlkindən daha sıx əməkdaşlıq ediblər.

Tramp isə Netanyahunun Vaşinqtonu müharibəyə sürüklədiyi barədə iddiaları rədd edib:

“Biz bu insanlarla danışıqlar aparırdıq və mənim fikrimcə, onlar əvvəlcə hücum edə bilərdilər”.

Ağ Ev yayılan məlumatları təkzib etməyib və prezidentlə dövlət katibinin açıqlamalarına istinad etməklə kifayətlənib. (Qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ İranın sualtı qayığını belə batırdı – VİDEO

ABŞ İranın sualtı qayığını belə batırdı – VİDEO

Saat 10:00-da qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-da qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Qardaşı uşaqlarını bıçaqlayan şəxsə BU CƏZA VERİLDİ

Qardaşı uşaqlarını bıçaqlayan şəxsə BU CƏZA VERİLDİ

Rayon xəstəxanalarında elektron göndəriş sistemi niyə İŞLƏMİR? – TƏBİB-dən AÇIQLAMA

Rayon xəstəxanalarında elektron göndəriş sistemi niyə İŞLƏMİR? – TƏBİB-dən AÇIQLAMA

İsrail Putinə xəbərdarlıq etmişdi, lakin...

İsrail Putinə xəbərdarlıq etmişdi, lakin...

İranda Xameneinin ölümünə sevinənlərə atəş açıldı – VİDEO

İranda Xameneinin ölümünə sevinənlərə atəş açıldı – VİDEO

Lökbatanda ağır qəza: Vətəndaşlar belə xilas edildi – VİDEO

Lökbatanda ağır qəza: Vətəndaşlar belə xilas edildi – VİDEO

Gəncədə avtomobil qəza törətdi - Sürücü həlak oldu

Gəncədə avtomobil qəza törətdi - Sürücü həlak oldu

Kafedə yeyib-içdilər, taksiyə görə savaşıb qan tökdülər

Kafedə yeyib-içdilər, taksiyə görə savaşıb qan tökdülər

Avro və rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

ABŞ-də qalmaqal: İstifadəçilər ChatGPT-ni silərək Claude-a keçirlər

ABŞ-də qalmaqal: İstifadəçilər ChatGPT-ni silərək Claude-a keçirlər

ABŞ Türkiyədən İrana hücum etməyi istəyib? – Ankaradan AÇIQLAMA

ABŞ Türkiyədən İrana hücum etməyi istəyib? – Ankaradan AÇIQLAMA

19 martla bağlı qərar verildi

19 martla bağlı qərar verildi

“Əl-Nəsr”dən Ronaldonun Avropaya qaçması barədə şayiələrə REAKSİYA - FOTO

“Əl-Nəsr”dən Ronaldonun Avropaya qaçması barədə şayiələrə REAKSİYA - FOTO

ABŞ-ın İrana hücumda istifadə etdiyi silahlar və vurulan hədəflərin SİYAHISI – VİDEO

ABŞ-ın İrana hücumda istifadə etdiyi silahlar və vurulan hədəflərin SİYAHISI – VİDEO

Vüsalədən verilişlərin bağlanmasına reaksiya

Vüsalədən verilişlərin bağlanmasına reaksiya

SON DƏQİQƏ! ABŞ daha bir ölkədə əməliyyata başladı - VİDEO

SON DƏQİQƏ! ABŞ daha bir ölkədə əməliyyata başladı - VİDEO

Pensiya və stajla bağlı mühüm MƏLUMAT

Pensiya və stajla bağlı mühüm MƏLUMAT

24 saata qripdən sağalmağın qızıl qaydası

24 saata qripdən sağalmağın qızıl qaydası

Xamaneinin dəfn yeri BƏLLİ OLDU

Xamaneinin dəfn yeri BƏLLİ OLDU

Tramp Britaniyanın Baş naziri HAQDA: “O, Çörçill deyil”

Tramp Britaniyanın Baş naziri HAQDA: “O, Çörçill deyil”

“Xameneinin yerini Trampa o deyib” - Hər şeyi başladan zəng...

“Xameneinin yerini Trampa o deyib” - Hər şeyi başladan zəng...

İranın yeni ali lideri Müctəba Xamenei kimdir? – DOSYE

İranın yeni ali lideri Müctəba Xamenei kimdir? – DOSYE

Şahdağda xizək alpinizmi üzrə Avropa çempionatı BAŞLAYIR

Şahdağda xizək alpinizmi üzrə Avropa çempionatı BAŞLAYIR

End of content

No more pages to load

RADİO