Kanadanın Səudiyyə Ərəbistanındakı səfirliyi təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq bağlanacaq.
Bizim.Media xəbər verir ki, diplomatik nümayəndəlik bu barədə özünün sosial media hesabında yazıb.
“Yaxın Şərqdəki mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar Ər-Riyaddakı Kanada səfirliyi bu gün fəaliyyətini dayandıracaq”, - deyə məlumatda bildirilir.
Çərşənbə axşamı Kanadanın Xarici İşlər Nazirliyi vətəndaşlarını Birləşmiş Ərəb Əmirliklərini mümkün qədər tez tərk etməyə çağırıb. Fevralın 27-də qurum İranla bağlı da oxşar xəbərdarlıq etmişdi.
Bizim.Media