İranın Fars əyalətinin Geraş şəhərindən 53 km məsafədə 4,3 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında bildirilib.
Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Bildirilib ki, zəlzələ hiss olunmayıb.

Bizim.Media