ABŞ Küveytdəki səfirliyini növbəti göstərişə qədər bağlayır.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Küveytdəki diplomatik nümayəndəliyi “X” hesabında açıqlayıb.
“Regiondakı gərginliklə bağlı səfirlik növbəti göstərişə qədər bağlı olacaq. Bütün planlı və təcili konsulluq görüşlərini təxirə salmışıq. Səfirlik öz işini bərpa etdikdə məlumat verəcəyik”, - paylaşımda qeyd olunub.
Xatırladaq ki, dünən İran ABŞ-nin Küveytdəki səfirliyinə zərbə endirib.
Bizim.Media