“Bu gün mənə dedilər ki, bizim demək olar ki, məhdudiyyətsiz sursat ehtiyatımız var. Mövcud ehtiyatlardan istifadə etməklə müharibələri “əbədi və çox uğurla” aparmaq mümkündür. Bu silahlar digər ölkələrin ən yaxşı silahlarından da üstündür”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp ölkəsinin hərbi potensialı ilə bağlı danışarkən deyib.
Tramp əlavə edib ki, ən yüksək səviyyəli silah ehtiyatları mövcuddur, lakin istədikləri səviyyədə deyil. O, həmçinin ABŞ üçün nəzərdə tutulmuş əlavə yüksək keyfiyyətli silahların uzaq ölkələrdə saxlanıldığını qeyd edib.
Keçmiş prezident Joe Baydeni tənqid edərək bildirib ki, o, “ölkənin vaxtını və pullarını Ukraynaya yüz milyardlarla dollar verməklə sərf edib” və təqdim olunan silah ehtiyatlarını bərpa etməyib.
Tramp qeyd edib ki, ilk prezidentlik dövründə ordunu gücləndirib və bu prosesi davam etdirir.
“ABŞ lazım olan hər şeylə təmin olunub və BÖYÜK QƏLƏBƏYƏ hazırdır”, – deyə o bildirib.
Bizim.Media