ABŞ İranla müharibə uzanacağı təqdirdə Cənubi Koreyada yerləşdirilmiş hava hücumundan müdafiə sistemlərinin bir hissəsini Yaxın Şərqə köçürməyi nəzərdən keçirir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Cənubi Koreyanın Chosun nəşri yayıb.
Məlumata görə, mümkün yenidən yerləşdirmə siyahısında Patriot (PAC-3) zenit-raket kompleksləri, THAAD sistemi və MQ-9 Reaper pilotsuz uçuş aparatları var.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-dən etibarən İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr paytaxt Tehran da daxil olmaqla ölkənin iri şəhərlərinə endirilib. Hücumlardan dərhal sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatı elan edib.
Məlumatlara görə, İran tərəfindən İsrailə, eləcə də ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi bazalarına raket və pilotsuz aparatlarla hücumlar həyata keçirilib.
İsrail və ABŞ-ın zərbələri nəticəsində İranın Ali lideri ayətullah Əli Seyid Xamenei və ölkənin digər yüksək vəzifəli şəxslərinin də öldürüldüyü bildirilib.
Martın 2-də “Hizbullah” hərəkatı da İsrailə qarşı müharibəyə qoşulduğunu elan edib. İsrail isə təşkilata qarşı hücum əməliyyatına başladığını açıqlayıb.
Bizim.Media