İsrailin Səhiyyə Nazirliyi bildirib ki, “Şir nəriltisi” əməliyyatının başlanmasından bəri bazar ertəsi gününə olan məlumata görə, xəstəxanalara ümumilikdə 777 zərərçəkmiş çatdırılıb və ya onlar özləri müraciət ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Hazırda 86 nəfər xəstəxanaya yerləşdirilib və ya qəbul şöbələrindədir:
4 nəfər ağır vəziyyətdədir (onlardan 2-si birbaşa raket zərbəsi nəticəsində xəsarət almayıb), 20 nəfərin vəziyyəti orta ağırdır, 58 nəfərin vəziyyəti yüngül qiymətləndirilir, 4 nəfər tibbi müayinədən keçirilir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-dən etibarən İran ərazisinə zərbələr endirir. Bu, dağıntılara və insan tələfatına səbəb olub.
Buna cavab olaraq İran İsrailə və regiondakı ABŞ hərbi bazalarına raket zərbələri endirir.
Hücumlar zamanı İranın ali dini lideri Əli Xamenei də həlak olub.
Bizim.Media