İranın hücumları nəticəsində Təl-Əvivdə 40 bina zədələnib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Haaretz qəzeti şəhər bələdiyyəsinə istinadən yayıb.
Məlumata görə, 200-dən çox sakin evlərindən təxliyə edilərək Təl-Əvivdə yerləşən üç otelə yerləşdirilib.
Bundan əvvəl KİV-lər şənbə günü İranın raket hücumu nəticəsində bir qadının həlak olduğunu bildirmişdi.
Bizim.Media