ABŞ-ın heç bir hərbi gəmisinə Fars körfəzinə daxil olmağa icazə verilməyəcək.
Bizim.Media xəbər verir ki, bunu bazar günü İranın yüksək vəzifəli rəsmisi, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş yüksək rütbəli komandiri Möhsün Rəzai bəyan edib.
Rəzainin açıqlaması dövlətə məxsus Fars News agentliyi vasitəsilə Telegram-da yayımlanıb.
İrana qarşı hücum ərəfəsində ABŞ Hərbi Dəniz Qüvvələri regionda, prezident Donald Trampın sözləri ilə desək, “armada” səviyyəsində hərbi gəmi cəmləşdirmişdi. Zərbələrdən əvvəlki günlərdə ən azı bir neçə gəmi Fars körfəzində, digərləri isə Ərəb dənizində yerləşirdi. Bazar günü ABŞ gəmilərinin dəqiq mövqeyi məlum deyildi.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) zərbələr başladıqdan sonra yayımladığı videolarda Amerika hərbi gəmilərinin “Tomahawk” qanadlı raketləri buraxdığı, həmçinin aviadaşıyıcıdan qırıcı təyyarələrin havaya qalxdığı əks olunub.
Bizim.Media