İran raketləri İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Baş Qərargahının qərargah binasına ziyan vurub.
Bizim.Media xəbər verir ki, bu barədə İranın Mehr agentliyi məlumat yayıb.
Bundan əvvəl İsrail KİV-ləri İranın zərbələrə cavab olaraq ölkə ərazisinə yeni raket dalğası buraxdığını təsdiqləmişdi.
Məlumata görə, İsrailin müxtəlif bölgələrində hava həyəcanı siqnalları səslənib, əhali sığınacaqlara enib. Daha sonra insanlara sığınacaqları tərk etməyə icazə verilsə də, onlara təhlükəsizlik məqsədilə sığınacaqlara yaxın qalmaq tövsiyə olunub.
Bizim.Media