Tramp: "Zərbələrdən sonra İranla razılaşmaq daha asan olacaq"

ABŞ administrasiyasının rəhbəri Donald Tramp hesab edir ki, İrana endirilən zərbələrdən sonra Vaşinqton üçün Tehranla diplomatik razılaşmalara nail olmaq daha asan olacaq.

Bizim.Media xəbər verir ki, o bu mövqeyini "CBS News" telekanalına müsahibəsində səsləndirib.

"Əlbəttə, bu, dünənlə müqayisədə daha asan olacaq", - deyə Ağ Evin rəhbəri gələcəkdə İranla razılaşmaların mümkünlüyündən danışarkən bildirib. O, mövqeyini bununla əsaslandırıb ki, İrana çox güclü zərbələr endirilir. Eyni zamanda, "CBS News"un yazdığına görə, Tramp ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatını müharibə adlandırmaqdan imtina edib.

Xatırladaq ki, 28 fevralda İsrailin müdafiə naziri İsrael Kats ölkənin Müdafiə Ordusunun İrana preventiv zərbə endirdiyini açıqlayıb. Əməliyyat "Şirin nəriltisi" adlandırılıb. Hər iki ölkə hava məkanını bağlayıb. Daha sonra Prezident Donald Tramp ABŞ-nin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bəyan edib. Pentaqonun məlumatına görə, ABŞ-ın əməliyyatı "Epik qəzəb" adlanır. İran isə cavab olaraq İsrailə onlarla ballistik raket buraxıb. SAXAL zərbələri təsdiqləyib, ölkə üzrə hava həyəcanı siqnalları səslənib, hava hücumundan müdafiə sistemləri işə düşüb.

Bundan əlavə, İran Yaxın Şərqdə - Qətər, BƏƏ, Bəhreyn, İraq, Səudiyyə Ərəbistanı və İordaniyada yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib. Tehran öz əməliyyatını "Doğru vəd 4" adlandırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xameneinin meyitinin FOTOSU

Xameneinin meyitinin FOTOSU

Kriştiano Ronaldo zədələndi

Kriştiano Ronaldo zədələndi

Dünya birjalarında neft bahalaşır

Dünya birjalarında neft bahalaşır

Laricani: “İsrail İran xalqının ürəyini yandırıb”

Laricani: “İsrail İran xalqının ürəyini yandırıb”

İsrailin müdafiə nazirindən Xameneinin ölümü ilə bağlı AÇIQLAMA: “Şər oxuna sarsıdıcı zərbə endirildi”

İsrailin müdafiə nazirindən Xameneinin ölümü ilə bağlı AÇIQLAMA: “Şər oxuna sarsıdıcı zərbə endirildi”

Tramp: “ABŞ İranın daha güclü cavab zərbəsi endirəcəyini gözləyirdi”

Tramp: “ABŞ İranın daha güclü cavab zərbəsi endirəcəyini gözləyirdi”

İran hazırda İsrailə genişmiqyaslı raket zərbəsi endirir

İran hazırda İsrailə genişmiqyaslı raket zərbəsi endirir

“The New York Times” Trampın İrana yanaşmasını məsuliyyətsiz adlandırdı

“The New York Times” Trampın İrana yanaşmasını məsuliyyətsiz adlandırdı

Pentaqon rəhbəri İranı “xərçəng şişi” ilə müqayisə etdi

Pentaqon rəhbəri İranı “xərçəng şişi” ilə müqayisə etdi

Füzulidə maşın traktora çırpıldı - 10-cu sinif şagirdi HƏLAK OLDU

Füzulidə maşın traktora çırpıldı - 10-cu sinif şagirdi HƏLAK OLDU

Rza Pəhləvidən Xameneinin ölümünə reaksiya: “İslam Respublikası sona çatıb”

Rza Pəhləvidən Xameneinin ölümünə reaksiya: “İslam Respublikası sona çatıb”

Onları işdən çıxarmaq qanunla qadağandır

Onları işdən çıxarmaq qanunla qadağandır

"Qarabağ" bu gün "Sabah"ı sınağa ÇƏKƏCƏK

"Qarabağ" bu gün "Sabah"ı sınağa ÇƏKƏCƏK

İran Dubay və Dohaya da ZƏRBƏ ENDİRİR - VİDEO

İran Dubay və Dohaya da ZƏRBƏ ENDİRİR - VİDEO

Qətərdə həlak olanların sayı 16-ya ÇATDI

Qətərdə həlak olanların sayı 16-ya ÇATDI

İran Ərbildə yerləşən ABŞ aviabazasına zərbə endirdi - VİDEO

İran Ərbildə yerləşən ABŞ aviabazasına zərbə endirdi - VİDEO

Son sutkada 17 Azərbaycan vətəndaşı İrandan təxliyə olundu - VİDEO

Son sutkada 17 Azərbaycan vətəndaşı İrandan təxliyə olundu - VİDEO

Yaxın Şərqdə bu günə nəzərdə tutulan 716 uçuş ləğv edildi

Yaxın Şərqdə bu günə nəzərdə tutulan 716 uçuş ləğv edildi

SEPAH-ın YENİ baş komandanı

SEPAH-ın YENİ baş komandanı

Qətlə yetirilən Xamenei kim idi? -Bir gecədə “Ayətullah” oldu

Qətlə yetirilən Xamenei kim idi? -Bir gecədə “Ayətullah” oldu

İranda 7 yüksək vəzifəli şəxs öldürülüb - SİYAHI

İranda 7 yüksək vəzifəli şəxs öldürülüb - SİYAHI

Xameneinin vurulmuş iqamətgahının PEYK görüntüsü

Xameneinin vurulmuş iqamətgahının PEYK görüntüsü

Bakıdan gedən avtobus İran ərazisini keçməklə Naxçıvana çatdı

Bakıdan gedən avtobus İran ərazisini keçməklə Naxçıvana çatdı

Futbolun yeni oyun qaydaları təsdiqləndi

Futbolun yeni oyun qaydaları təsdiqləndi

End of content

No more pages to load

RADİO