İran Hörmüz boğazında gəmilərin hərəkətini məhdudlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.
Bildirilib ki, gəmilər VHF-radiosu vasitəsilə belə bir xəbərdarlıq alır.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) heç bir gəminin Hörmüz boğazından keçidinə icazə vermir. Dəniz nəqliyyatını izləyən xidmətlərə görə, boğazda gəmilərin sayı həqiqətən də giriş və çıxış yerlərinə nisbətən nəzərəçarpacaq dərəcədə azalıb.
Bizim.Media